Zelenski ikinci müddət üçün prezidentliyə namizədliyi məsələsinə aydınlıq gətirdi
Kiyev, 11 oktyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski müharibə bitdikdən sonra ikinci müddətə prezidentliyə namizəd olmayacağını bildirib. Amma prezident seçkiləri müharibə zamanı keçirilsə, namizədliyini irəli sürəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı “Digi24” telekanalına müsahibəsində söyləyib.
“Müharibə davam etsə - hə, müharibə bitsə - yox. Müharibə zamanı mən qaça bilmərəm”, - Zelenski müvafiq suala cavabında belə deyib.
Eyni zamanda, V.Zelenski müharibənin bitməsinin dəqiq tarixi barədə fikir bildirməyib, lakin Ukraynanın “son mərhələdə” olduğunu vurğulayıb: “Düşünürəm ki, biz son mərhələdəyik. Çoxlu pulumuz, silahlarımız var, lakin sonuncu hissədə, ən çətin mərhələdəyik”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]