Zelenski: Ukrayna daha üç ölkə ilə təhlükəsizlik zəmanəti imzalayacaq
Kiyev, 14 iyul, AZƏRTAC
Ukrayna üç ölkə ilə təhlükəsizlik zəmanət ilə bağlı yeni sazişlər imzalamağı planlaşdırır. Onlardan ikisi üzərində artıq iş aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Zelenski deyib ki, son günlər Ukrayna Polşa, Lüksemburq və Rumıniya ilə təhlükəsizlik zəmanətləri haqqında sazişlər imzalayıb.
"İndi isə komanda yeni sənədlər üzərində işləyir - Çexiya, Sloveniya ilə razılaşmalar olacaq və İrlandiyanın Baş naziri ilə görüşdən sonra biz də saziş hazırlamaq qərarına gəldik", - deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]