“Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ zamanı davranış qaydaları” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, növbəti maarifləndirmə tədbiri “KRONŞNEP” MMC-nin əməkdaşları üçün keçirilib. Tədbirdə mərkəzin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev, mərkəzin əməkdaşları Afaq Ağazadə və Leyla Aşurova çıxış edərək zəlzələ zamanı davranış qaydaları və seysmik risk səviyyəsinin minimuma endirilməsinə dair məlumatları qurum üzvlərinin diqqətinə çatdırıblar.
Mərkəz maarifləndirmə tədbirlərini davam etdirəcək.