ZEYNƏB CAVADLI SLOVENİYADA KEÇİRİLƏN BEYNƏLXALQ TURNİRİN QALİBİDİR
təmrinlərdə də birinci nəticə göstərmişdir. Müvafiq olaraq, ikinci və üçüncü yerləri tutan sloveniyalı Lia Qolar və ispaniyalı Martina Fernandes gimnastımızdan 4-5 bənd arxada qalmışlar.
Z.Cavadlı Bakıya qayıdanbaş demişdir: “Belə ağır rəqabət şəraitində yaxşı çıxış edib, birinci yerə layiq görüldüyüm üçün çox şadam. Azərbaycanın himni səslənən, bayrağımız ucalan zaman müxtəlif hisslər keçirdim. Bu, həm Vətənim üçün qürur, həm də məşqçim N.Qasımovaya minnətdarlıq hissləri idi. Daha böyük məsuliyyətlə məşq edəcəyəm. Axı, qarşıda məni Avropa çempionatı gözləyir”.
Digər gimnastımız Dinara Gimatova isə həmin turnirdə bürünc medallara layiq görülmüşdür. “Neftçi”nin yetirməsi fəxri kürsüyə çoxnövçülük (61,4 bal) yarışlarının, iplə (15,75 bal), gürzlə (15,675 bal) təmrinlərin nəticələrinə görə qalxmışdır. Birinci yeri Rusiya nümayəndəsi Vera Sesina, ikinci yeri isə Belarus nümayəndəsi Svetlana Rudalova qazanmışlar.
“Neftçi”nin digər yetirməsi Aliyə Qarayeva isə Yunanıstanın Saloniki şəhərində keçirilən beynəlxalq turnirdə iplə təmrinlərə görə (16,575 bal) bürünc medal qazanmış, lentlə təmrinlərdə 4-cü (15,225 bal), topla (16,35 bal), çoxnövçülükdə isə 6-cı (61,725 bal) geri tutmuşdur.
Onun komanda yoldaşı Anna Qurbanova çoxnövçülükdə 54,775 balla 13-cü yerə çıxmışdır. Yunanıstan turnirində fəxri kürsüyə Rusiya nümayəndələri Alina Kabayeva və Olqa Kapranova, habelə ukraynalı Natalya Qodunko qalxmışlar.
Federasiyanın mətbuat xidmətindən onu da bildirmişlər ki, aprelin 17-19-da “ABU-Arena”da XIII Azərbaycan çempionatı başlanacaqdır. Çempionatda 43 idmançı, o cümlədən Dinara Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlı iştirak edəcəklər.