ZEYNƏB MƏMMƏDYAROVA LİDERLİYİNİ DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, qadınlar arasında şahmat üzrə respublika çempionatında Zeynəb Məmmədyarova liderlik mövqeyini qoruyub saxlamışdır.
Onuncu turda ağ fiqurlarla oynayan Zeynəb Məmmədyarova Səbinə İbrahimova ilə görüşdə qələbə qazanaraq, xallarının sayını 7,5-ə çatdırmışdır.
Xəyalə İsgəndərova Natəvan Yelmarovanı, Nərmin Kazımova isə Xəyalə Abdullanı məğlub etmişdir. Nərgiz Umudova-Afaq Xudaverdiyeva, Mehriban Şükürova-Türkan Məmmədyarova və Elmira Əliyeva -Gülnarə Məmmədova qarşılaşmalarında heç-heçə qeydə alınmışdır.
Son tur qarşısında Xəyalə İsgəndərova 7 xalla 2-ci yerdədir. Gülnarə Məmmədova və Nərmin Kazımova hərəyə 6,5 xalla 3 və 4-cü yerləri bölüşürlər. Hər biri 6 xal toplamış Nərgiz Umudova və Mehriban Şükürova turnir cədvəlinin 5-ci - 6-cı pilləsində qərarlaşmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]