Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bakı, 13 yanvar, AZƏRTAC
Hazırda müşahidə olunan buludlu və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi çətinliklərlə əlaqədar sürət həddi 40 kilometr/saata endirilib.
Bu barədə AZƏRTAC-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, eyni zamanda, bütün məlumat sürət cədvəllərində “Güclü sür” və “Yol sür” nişanları yerləşdirilib. Sürücülərdən hava şəraitini nəzərə alıb, müəyyənləşmiş sürət həddində hərəkət etmələri tövsiyə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:27]
® Mürəkkəb əməliyyatların peşəkarı
- 09.10.2026 [12:15]