“Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib
Bakı, 3 mart, AZƏRTAC
“Zirə” - “Şamaxı” matçı ilə futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
AZƏRTAC xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Hamidu Keyta fərqlənsə də, Nihad Quliyev avtoqol müəllifi olub. “Şamaxı”nın qollarını Amil Yunanov və Kamran Quliyev vurublar.
“Zirə” klubu 36 xalla turnir cədvəlində dördüncü, “Şamaxı” isə 19 xalla səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun “Səbail” - “Sumqayıt” və “Sabah” - “Kəpəz” oyunları martın 4-də, “Qəbələ” - “Qarabağ” və “Neftçi” - “Turan Tovuz” matçları isə ayın 5-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]