ZİYARƏTGAHDA TƏMİR-BƏRPA İŞLƏRİ BAŞA ÇATIR
AZƏRTAC xəbər verir ki, Bakının Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında Heydər Əliyev Fondunun vəsaiti hesabına aparılan əsaslı təmir-bərpa işləri başa çatır. Bu ziyarətgahda axund Hacı Turab ağa, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, qızı Sona xanım da dəfn edilmişdir. Burada yenidən inşa edilən məqbərə, bulaq, ibadətgah kompleksi qədim milli, dini ornamentlərlə bəzədilmiş, ətrafda səliqə-sahman yaradılmış, yaşıl bağ salınmışdır.