Zoologiya İnstitutunun alimləri müxtəlif həşərat qrupları üzrə faunistik material toplayıblar
Bakı, 8 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun “Quru onurğasızları” laboratoriyasının əməkdaşları, laboratoriya müdiri vəzifəsini icra edən, aparıcı elmi işçi Gülər Hüseynzadə, baş elmi işçi, biologiya elmləri doktoru Natalya Sneqovaya və aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru İlhamə Kərimova Naxçıvan Muxtar Respublikasında ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiya zamanı Naxçıvan MR-in Batabat və Göygöl kəndi, Paraqaçay qəsəbəsi və Qapıcıq dağı ətrafındakı çəmənliklər, meşə ətrafındakı sahələr, talalar nəzərdən keçirilərək entomoloji materiallar toplanıb.
Alimlər mövzularına uyğun olaraq arıkimilər, torqanadlılar, iynəcələr və digər həşərat qrupları üzrə faunistik material toplayaraq təyin etmək üçün laboratoriyaya gətiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi
- 30.09.2026 [11:40]