Prezident: Ermənilər nə qədər çalışsalar da, Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməyiblər VİDEO

27.01.2021 [14:18]
Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmişlər. Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər ...

Prezident İlham Əliyev: Biz Şuşanı qoruyacağıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq VİDEO

27.01.2021 [14:14]
Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi institutu mənim təşəbbüsümlə yanvarın 19-da yaradılıb. Birinci təyinat məhz Şuşa rayonuna olan təyinatdır. Bu da təbiidir. Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın ...

“Dostluq” yatağı ilə bağlı əldə olunmuş razılaşma bölgənin dayanıqlı inkişaf xəttinin formalaşdırılması üçün çox ciddi təkan olacaq

27.01.2021 [12:06]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videoformatda keçirilən görüşdə Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" ...

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini paylaşıb VİDEO

27.01.2021 [10:33]
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Göyərçinveysəlli kəndinin videogörüntülərini yayıb. AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir ...

Meksika qəzeti: “Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən və ərazi iddialarından əl çəkməlidir”

27.01.2021 [09:08]
Meksikanın nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun “Azərbaycan və sülh” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, həmin qəzetdə fransız əsilli meksikalı ...

Səfir: Yaponiya Cənubi Qafqazda yaranmış yeni imkanlardan faydalanmaqda maraqlıdır

27.01.2021 [07:27]
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yaponiyalı həmkarı İmamura Akira ilə görüşüb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. F.Quliyev həmkarını Gürcüstanda missiyasının başlaması münasibətilə təbrik edib ...

Azərbaycanın xarici işlər naziri Fransanın turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi ilə görüşüb

27.01.2021 [00:41]
Yanvarın 26-da Azərbayanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Avropa və xarici işlər naziri yanında turizm, xaricdəki fransızlar və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Batist Lömuənin rəhbərlik etdiyi nümayəndə heyəti ...

Heiko Maas: Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır

26.01.2021 [23:30]
Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyası çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Heiko Maasın qurumun ötən sessiyadan bəri görülmüş işlər barədə hesabatı dinlənilib ...

XİN: Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin qurumun qətnamə layihəsinə əsassız düzəlişlər etmək cəhdləri uğursuzluqla nəticələnib

26.01.2021 [23:00]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnaməsi ilə əlaqədar KİV-lərin sualını ...

ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır

26.01.2021 [22:35]
Yanvarın 26-da ATƏT PA-nın onlayn Büro iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda bir çox məsələlərlə yanaşı, qurumun fevralda Vyanada keçiriləcək qış sessiyasına hazırlıq işləri müzakirə edilib, qurumun yeni seçilmiş Baş katibi xanım Helga Şmidin ATƏT ərazisində mövcud münaqişələrin ...

İran XİN rəhbəri: Mənim fikrimcə, bu gün Qarabağın çiçəklənməsi üçün şərait yaranıb

26.01.2021 [21:26]
İran İslam Respublikası Dağlıq Qarabağ münaqişəsinin baş verdiyi əraziyə ən yaxın ölkədir və son 30 ildə, bu münaqişənin lap əvvəlindən öz sərhədlərində qeyri-sabitlik və qaçqınlar axını ilə üzləşib. AZƏRTAC xəbər verir ki, İran İslam Respublikasının xarici işlər naziri ...

Ahmet Yıldız: Türkiyə ilə Azərbaycan arasında koordinasiya yüksək səviyyədədir VİDEO

26.01.2021 [21:01]
Ermənistan yaranmış şansdan istifadə etməyi bacarmalıdır. Azərbaycanla dərhal razılığa gəlməli və keçmişdən danışmamalıdır. Rəsmi İrəvan Türkiyə, Azərbaycan və Gürcüstan ilə münasibətlərinə yenidən nəzər salaraq onları inkişaf etdirməlidir. Əvvəllər olduğu kimi, kin və nifrət dolu bəyanatlar Ermənistana kömək etməyəcək ...

Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb

26.01.2021 [19:36]
Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib ...

Milli Məclis sədrinin müavini: Ölkəmiz münasibətlərini dostluq, qardaşlıq mövqeyini əsas götürməklə formalaşdırır

26.01.2021 [19:22]
Nəhayət ki, uzun illərdən bəri ölkəmizlə Türkmənistan arasında mübahisə predmetinə çevrilən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə istismarına dair Anlaşma Memorandumu imzalandı və bu tarixi hadisə münasibətilə Azərbaycan ilə Türkmənistanın dövlət başçıları arasında ...

Azərbaycanın və Türkiyənin nümayəndə heyətlərinin rəhbərləri AŞPA-da birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər VİDEO

26.01.2021 [18:31]
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumdakı Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin rəhbərləri Səməd Seyidov ilə Ahmet Yıldız arasında görüş olub. AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin nümayəndə heyətlərinin ...

Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndinin videogörüntülərini paylaşıb VİDEO

26.01.2021 [18:05]
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülərini paylaşıb. AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir ...

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

26.01.2021 [17:50]
Yanvarın 26-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda ...