Gürcüstan voleybol komandaları Azərbaycan çempionatlarında mübarizəyə başlayırlar

17.02.2020 [17:27]
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların başlama vaxtı və keçiriləcəyi yer müəyyənləşib. AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, fevralın 18-dən həm Super Liqada ...

Ceymi Vardi “Lester Siti”nin heyətində İngiltərə çempionatında 200 matç keçirən ikinci futbolçu olub

17.02.2020 [16:50]
Ceymi Vardi “Lester Siti” klubunun heyətində İngiltərə Premyer Liqasında 200 matç keçirən ikinci futbolçu olub. AZƏRTAC xəbər verir ki, 33 yaşlı ingiltərəli hücumçu bu nəticə ilə “Lester Siti”də 1996-2004-cü illərdə forma geyinən Türkiyə milli ...

Mərkəzi Şahmat Klubunda keçirilən rapid turnirinin qalibləri müəyyənləşib

17.02.2020 [16:18]
Mərkəzi Şahmat Klubunda reytinq xarakterli rapid turniri keçirilib. Əməkdar məşqçi, FIDE məşqçisi, beynəlxalq usta Orxan Abdulovun təşkilatçılığı ilə keçirilən yarışda şahmatçılar A və B turnirlərində güclərini sınayıblar. ...

Taekvondo üzrə açıq Ağcabədi turnirinin qalibləri müəyyənləşib

17.02.2020 [16:15]
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında açıq Ağcabədi turniri keçirilib. ...

Sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq

17.02.2020 [16:02]
Fevralın 21-22-də Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş sindo-ryu və pençak-silat üzrə Bakı turniri təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə 11 klubdan 150-dək idmançı birincilik uğrunda mübarizə aparacaq ...

Formula 1-in Çin mərhələsi İtaliyanın İmola şəhərində keçirilə bilər

17.02.2020 [15:48]
Koronavirus səbəbi ilə qeyri-müəyyən müddətdə təxirə salınan Formula 1-in Çin mərhələsi İtaliyanın İmola şəhərində keçirilə bilər. AZƏRTAC “La Gazzetta” nəşrinə istinadla xəbər verir ki, 2006-cı ildən bəri Formula 1 yarışlarını qəbul etməyən ...

“Vendetta” komandası “İntellektual Kubok”un qalibi olub

17.02.2020 [15:48]
Bakıda futbol üzrə “Avro-2020”yə həsr olunmuş “İntellektual Kubok” təşkil olunub. AZƏRTAC xəbər verir ki, turnirdə iştirak üçün müraciət etmiş 158 komandadan ilk 40-ı yarışda öz biliyini göstərmək şansı qazanıb ...

Millimiz Cəbəllütariq, Şotlandiya və Malta yığmaları ilə qarşılaşacaq

17.02.2020 [15:40]
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması fevralın 20-dən 26-dək Maltanın Salino şəhərində keçiriləcək UEFA inkişaf turnirində iştirak edəcək. AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, millimizin çıxış edəcəyin turnirin təqvimi açıqlanıb ...

Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

17.02.2020 [15:29]
Fevralın 19-dan 25-dək Həştərxanda ikiqat Olimpiya çempionu V.A.Kudinovun xatirəsinə həndbol üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 2002–2003-cü il təvəllüdlü oğlanlardan ...

Son Xın Min İngiltərə Premyer Liqasında 50 qol vuran ilk asiyalı futbolçu olub

17.02.2020 [15:22]
İngiltərə Premyer Liqanın 26-cı turu “Tottenhem” klubunun futbolçusu Son Xın Min üçün əlamətdar olub. AZƏRTAC xəbər verir ki, “Tottenhem”in “Aston Villa” üzərində 3:2 hesabı ilə qalib gəldikləri görüşdə 27 yaşlı koreyalı futbolçu iki dəfə fərqlənib ...

Bakıda kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçiriləcək

17.02.2020 [15:00]
Martın 7-8-də Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” adlı beynəlxalq turnir təşkil edəcək. AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə gənclər yaş qrupuna daxil olan ...

Azərbaycan voleybolçusu Macarıstan kubokunun qalibi olub

17.02.2020 [14:44]
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan kubokunun qalibi olub. AZƏRTAC xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi “Vaşaş” komandası Macarıstan kubokunun finalında “Nyireqiaza”nı 3:1 ...

“The Sun”: “Real Madrid” Rahim Sterlinq üçün 220 milyon avro ödəməyə hazırdır

17.02.2020 [14:34]
İspaniyanın “Real Madrid” klubu İngiltərənin “Mançester Siti” klubunun aparıcı futbolçusu Rahim Sterlinqi transfer etmək istəyir. AZƏRTAC “The Sun” nəşrinə istinadla xəbər verir ki, “Kral” klubu futbolçu üçün 220 milyon avrosundan ...

Şahmatçımız Praqada beynəlxalq festivalda Rusiya təmsilçisi ilə mübarizə aparacaq

17.02.2020 [14:24]
Fevralın 17-də Çexiyanın Praqada təşkil olunan şahmat festivalında altıncı turun oyunları keçiriləcək. AZƏRTAC xəbər verir ki, festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasovun növbəti turda rəqibi rusiyalı şahmatçı ...

“Mançester Siti” 2014-cü ildə qazandığı çempionluğunu itirə bilər

17.02.2020 [14:05]
UEFA İngiltərənin “Mançester Siti” klubunun avrokuboklarda iki il ərzində iştirakına qadağa qoyub. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Mançester Siti”nin 2012-2016-cı illərdə maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir ...

Ölkəmizdə əlil arabasında basketbol idmanının inkişaf etdirilməsinə başlanılıb

17.02.2020 [14:04]
Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) əlil arabasında basketbol idman növünün inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlərə başlayıb. AMPK-dan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar milli komandaya idmançıların seçiminə start verilib ...

Kamandan oxatma üzrə paralimpiyaçılarımız 6-cı Fazza dünya reytinq turnirində iştirak edirlər

17.02.2020 [12:54]
Dubayda kamandan oxatma üzrə paralimpiyaçılar arasında altıncı Fazza dünya reytinq turniri keçirilir. AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi Azərbaycan Milli Paralimpiya Komitəsinin kamandan oxatma üzrə milli komandası 5 nəfərlik heyətlə təmsil edir ...

Savatçılarımız Tbilisidə beynəlxalq turnirdə 10 medal qazanıblar

17.02.2020 [12:43]
Tbilisidə gənclər arasında savat (Fransa boksu) üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi təmsil edən Əziz Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rahimov ...