İntensiv yağışlar Cəlilabada bir sıra fəsadlar törədib VİDEO
Cəlilabad, 26 oktyabr, İ.Adıyev, AZƏRTAC
İntensiv yağışlar Cəlilabada bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, rayonun mərkəzindən keçən Mişarçay üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb. Ərazidəki bəndin dağılma təhlükəsi olduğu üçün texnikalar vasitəsilə qabaqlayıcı tədbirlər görülür.
Hazırda bir neçə yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Mişarçayın məcrasından çıxması nəticəsində bir sıra iaşə obyektləri su altında qalıb.