Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ bölgəsində Novruz şənlikləri keçirilir

Ağdam, 18 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir.

AZƏRTAC xəbər verir ki, ağdamlılar Novruzun gəlişini Quzanlı qəsəbəsinin mərkəzi meydanında qeyd ediblər. Ümumrayon şənliyində Dədə Qorqud və Bahar qız ağdamlıları Novruz bayramı münasibətilə təbrik edib. Rayon gəncləri tonqalın ətrafında dövrə vurub yallı gediblər. Kosanın və Keçəlin məzhəkələri, idmançıların çıxışları marağa səbəb olub. İştirakçılar xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər. Müxtəlif milli oyunlar, Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları, qədim məişət əşyaları, kitab və rəsm sərgiləri nümayiş etdirilib.

Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.

Bayramsayağı bəzədilmiş meydanda bədii özfəaliyyət kollektivlərinin və Ağdam Dövlət Dram Teatrının təqdim etdiyi rəngarəng ədəbi-bədii musiqili proqramlar tamaşaçılara xoş ovqat bəxş edib.

X X X

Xocavəndli məcburi köçkünlər 25 ildir ki, baharın gəlişini doğma yurdlarından kənarda - müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki qəsəbələrdə qarşılayırlar. Xocavəndlilər köçkünlük həyatına, çətinliklərə baxmayaraq, xalqımızın Novruz bayramı ilə bağlı qədim ənənələrini yaşadır, yeni nəslə ötürürlər.

Xocavənd qəsəbəsində bayramsayağı bəzədilmiş Bayraq Meydanında xonça və səmənilər düzülüb, Novruz atributları, misgərlik əşyaları, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Xocavəndli qız-gəlinlər xalça toxuyur, cəhrə əyirir, yun darayır, Kosa və Keçəlin şən zarafatları əsl bayram ovqatı yaradırdı. Xalq rəqslərini məharətlə ifa edən milli geyimli oğlan və qızların çıxışları, muğam və aşıq mahnıları bayram ab-havasına xüsusi rəng qatırdı.

Bayraq Meydanında Novruz tonqalı yandırılıb, incəsənət ustalarının ifa etdikləri rəngarəng musiqi nömrələri məcburi köçkünlərə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

X X X

Elimizin ən gözəl bayramı olan Novruz qədim Nüşabə yurdu olan Bərdədə özünəməxsus şəkildə qeyd edilir.

Bərdə şəhərinin bayramsayağı bəzədilmiş mərkəzi meydanında alaçıqlar qurulub, xonçalar və səmənilər düzülüb, rayonun ümumtəhsil və musiqi məktəblərinin kollektivlərinin hazırladıqları sərgilər, Novruz adətləri, xalq tətbiqi sənəti nümunələri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Tonqallar qalanıb, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanıb. Gənclər dirə-döymə oynayıb, uşaqlar yumurta döyüşdürüblər.

Minlərlə sakinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək, bərdəliləri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və bol ruzi, bərəkət arzulayıb.

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən şəxslərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Kosa və Keçəlin zarafatları, rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında rəngarəng konsert proqramı tədbir iştirakçılarına yüksək əhval-ruhiyyə bəxş edib.

X X X

Ağcabədi şəhərinin mərkəzi stadionunda təşkil olunan Novruz şənliyində minlərlə sakin iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov ağcabədililəri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, ruzi-bərəkət və firavanlıq arzulayıb.

Bayram tədbirində rəsm, əl işləri sərgisi keçirilib. Təqdim olunan şən və rəngarəng konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb. Bayram şənliyində tonqallar alovlanıb, milli adət-ənənələrimiz, folklorumuz nümayiş etdirilib.

Bayramın əsas personajlarından olan Kosa və Keçəlin məzhəkələri, Dədə Qorqudun və Bahar qızın çıxışları yaddaqalan olub. Meydana milli paltar geymiş atlılar daxil olub, məharətlərini nümayiş etdiriblər. Gənc idmançıların çıxışları, uşaqların ifasında milli və dünya xalqlarının rəqsləri maraqla qarşılanıb.

Tədbirdə milli atçılıq oyun növü olan “Çövkən” yarışı keçirilib, qalib komandaya kubok və hədiyyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndiyə qayıdan şəhid anası: Çox qarışıq hisslər keçirirəm

Xankəndi şəhərinə növbəti köç yola salınıb

Kuşner Qəzza danışıqları üçün Qahirəyə səfər edə bilər

On üç ölkə Bab əl-Məndəb boğazını müdafiə etmək üçün dəniz koalisiyasına qoşulub

Parkinson xəstəliyinin qeyri-adi erkən əlaməti müəyyən edilib

İtaliya yanvar ayından bəri əvvəlki iki ildə olduğundan daha çox miqrantı geri qaytarıb

Media: Husilər Səudiyyə Ərəbistanında “Saudi Aramco” şirkətinin neft emalı zavoduna zərbə endiriblər

İnsanın psixi vəziyyəti bağırsaqlarındakı bakteriyalardan asılıdır

ABŞ-ın energetika naziri Hörmüz boğazından gündə 8-9 milyon barel neft daşındığını açıqlayıb

Fransada yanğınsöndürənlər təminatın zəif olması və kadr çatışmazlığına görə etiraz aksiyası keçirəcəklər

Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib

ABŞ Yaxın Şərqə yeni aviadaşıyıcı göndərəcək

Hörmüz boğazında Əbu-Dabi Milli Neft Şirkətinin iki gəmisinə hücum edilib

Qahirədə ticarət mərkəzində partlayış olub - 3 nəfər ölüb, 17 nəfər yaralanıb

“Instagram” loqotipini dəyişib

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir

Musa Qurbanlı: Son oyunlardakı gərginliyə baxmayaraq, inamımızı itirməmişdik

Dünya çempionu "Barselona"nı PSJ-yə dəyişib

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

"Qarabağ"ın prezidenti: Möhtəşəm oyun alındı

Rusiya Ermənistandan məhsul idxalının bərpası üçün şərtləri açıqlayıb

İngiltərənin Qərbi Midlands bölgəsində güclü yanğın başlayıb

Azərbaycanlı futbolçu Avropa Liqasında "Zaltsburq"a qol vurub

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Britaniyada qatarın relsdən çıxması nəticəsində 11 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakıda gənc rəssamların sərgisi açılıb

“Dinamo”nun baş məşqçisi: “Qarabağ” bütün imkanlardan istifadə etdi və qalib gəldi

Prezidentin Sərəncamı Naxçıvan üçün yeni investisiya dalğası yaradacaq - ŞƏRH

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB

Gürcüstan və Avstriya rəsmiləri Orta Dəhlizin strateji əhəmiyyətini müzakirə ediblər

Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb: Temperatur 38,1 dərəcəyə çatıb

Biləsuvarda 44 yaşlı kişi kəsici alətlə qətlə yetirilib – 16 yaşlı şübhəli saxlanıldı

Almaniya qalmaqallı bəyanatları ilə yadda qalan Peter Fişerin yerinə Gürcüstana yeni səfir təyin edib

Şelli Bransuik: Azərbaycan kosmos, süni intellekt və innovasiyalar sahəsində regional mərkəzə çevrilə bilər – MÜSAHİBƏ

Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib

Tovuzda çayda köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Naxçıvanın sosial-iqtisadi inkişafına dövlət dəstəyi VİDEO

Naxçıvanın sosial-iqtisadi inkişafına dövlət dəstəyi VİDEO

® Azərbaycanın FMCG sektorunda ilk: Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib

Bu saata olan əsas xəbərlər

Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb

Berlin divarının inşasından 65 il ötür: Almaniya tarixinin acı dərsləri və dinc sülh nümunəsi  REPORTAJ  VİDEO

Berlin divarının inşasından 65 il ötür: Almaniya tarixinin acı dərsləri və dinc sülh nümunəsi REPORTAJ VİDEO

AQTA bitki və palma yağlarının idxalçılarına xəbərdarlıq edib

Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub

Rusiyanın neft ixracı üzrə gəlirləri 12,5 faiz azalıb

Konfrans Liqası: “Qarabağ” və “Dinamo”nun start heyətləri açıqlanıb

Gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon aşkarlanıb

Naxçıvanda həyata keçirilən işlər regionların inkişafı ilə bağlı vahid dövlət siyasətinin tərkib hissəsidir – ŞƏRH

AQTA-nın sədri istehsalat müəssisəsinin fəaliyyəti ilə tanış olub

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi VİDEO

Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi VİDEO

Tahir Baxşıyev 14 ildir baş məşqçisi olduğu klubla yeni müqavilə imzalayıb

“Dayanmadan çalışırlar, işlərinə məsuliyyətlə yanaşırlar” - Oğuzun ucqar kəndləri abadlaşdırılır VİDEO

“Dayanmadan çalışırlar, işlərinə məsuliyyətlə yanaşırlar” - Oğuzun ucqar kəndləri abadlaşdırılır VİDEO

Avropada elektrik enerjisinin istehsalında kömürün payı ən aşağı səviyyəyə düşüb

Prezidentin səfəri Naxçıvanın inkişaf gündəliyində təhlükəsizlik, enerji və Orta Dəhlizi ön plana çıxarır – Ekspert rəyi

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı torpaqlarının icarəsi üzrə 4-cü investisiya müsabiqəsinin qalibləri müəyyənləşib

Avropa İttifaqında istismar müddətini başa vurmuş avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minir

Monitorinq: Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınır

Narkotik vasitəni Azərbaycan ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb

Türkiyəli basketbolçu qardaşlar eyni komandada

İqtisadçı-ekspert: Naxçıvana ayrılan vəsaitlər regionun iqtisadi inkişafına güclü təkan verəcək

Dünyanın ən güclü çimərlik güləşçiləri Bakıya gəlir

Naxçıvan regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşağına çevrilir ŞƏRH

Azərbaycan diasporunun gəncləri 31-ci AFS Gənclər Assambleyasında

® “Expressbank” ASC tender elan edir – notbuk alışı

Siyasi şərhçi: Zəngəzur və Orta Dəhliz Naxçıvanın iqtisadi modelini dəyişəcək

Qlobal təmiz enerji texnologiyaları bazarı 1,1 trilyon dolları keçib

Milli filmlərimiz necə qorunur? VİDEO

Milli filmlərimiz necə qorunur? VİDEO

Özünüməşğulluq proqramı üzrə bu il daha 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb

Fransada yüzlərlə evsiz şəxs toplaşdıqları meydandan çıxarılıb

Tarixçi: Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir

Hərbi informasiya sahəsində üçtərəfli işçi görüş

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Paracüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Naxçıvanın mövqeyi onu regional nəqliyyat və enerji qovşağına çevirmək imkanı yaradır - ŞƏRH

Hikmət Babaoğlu: Naxçıvanın yeni bağlantılar qovşağına çevrilməsi Azərbaycanın regional mövqeyini gücləndirəcək- ŞƏRH

Şahbuzun bəzi ərazilərinin elektrik enerjisi təchizatı dayandırılacaq

Azyaşlı öyrənənlər üçün ingilis dili imtahanına qeydiyyat başlayıb

Şahin İsmayılov: Prezident İlham Əliyevin bölgələrə səfərləri regionların inkişafı ilə bağlı tədbirlərin uğurlu icrasını təmin edir

“Petkim”in baş direktoru: Türkiyə neft-kimya sahəsində üstünlüklərə malikdir

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakıda nümayiş olunacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib VİDEO

Qazaxıstanda narkotik əleyhinə ilk tematik qatar işə salınıb

Pərakəndə ticarət şəbəkəsində bir nəfər orta hesabla ayda 533,6 manatlıq məhsul alıb

Ukrayna ordusu Başqırdıstanda “Qazprom”un neft emalı zavodunu vurduğunu təsdiqləyib

Peru nəşri bu ölkənin Azərbaycanla münasibətlərinin inkişaf perspektivlərindən yazıb

“Qarabağ” – “Dinamo” oyununa məhdud sayda bilet qalıb

“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə iki ixtisas üzrə tələbə qəbulu aparılır

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ankara Ər-Riyad və İslamabadla əməkdaşlığı regional sabitliyə töhfə adlandırıb

Toxumçuluq haqqında
Azərbaycan Respublikasının Qanunu

Kənd Təsərrüfatı Nazirliyi Samuxda baş vermiş hadisə ilə bağlı məlumat yayıb

Prezidentin Naxçıvanla bağlı Sərəncamından irəli gələn prioritetlər – ŞƏRH

Orijinallıq və elmi yanaşma: Möminə xatun türbəsində hansı bərpa işləri görülür?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsinə qeydiyyat başlayıb

Böyük Britaniya hökuməti Rusiya tankerinin ələ keçirilməsini müdafiə edib

® 2026-cı il məzunlarının elektron təhsil sənədləri “mygov” platformasında əlçatandır