Qubanın təbiət gözəli - Afurca şəlaləsi VİDEO
Quba, 21 iyun, Elxan Yusifli, AZƏRTAC
Quba rayonuna gələn turistlər daha çox Xınalıq, Qəçrəş kəndlərinə və Afurca şəlaləsinə səyahət edirlər. Turist sıxlığına görə Quba-Xınalıq və Quba-Afurca marşrutları ilk yerlərdə durur.
AZƏRTAC xəbər verir ki, Quba-Afurca turizm marşrutunu turistlər üçün cəlbedici edən buradakı əsrarəngiz təbiət mənzərəsinə malik Afurca şəlaləsidir.
Afurca şəlaləsi Quba rayonunun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 60 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən mühafizə edilir.
AZƏRTAC ölkəmizin ən məşhur şəlalələrindən sayılan Afurcanın yeni çəkilmiş videogörüntülərini təqdim edir.