ORDU
Ermənistana məxsus PUA məhv edilib VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 21-də axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.