Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan gəncəli sənətkar VİDEO

Gəncə, 6 iyul, AZƏRTAC

Gəncənin qədim Bağbanlar məhəlləsində yaşayan, sakit mühitdə özünün rəng dünyasını yaradan, hər cür tərifdən və şan-şöhrətdən uzaq bir rəssamın adını eşidib, onun sorağı ilə evinə yollandıq. Yaşı yetmişi haqlamış qocaman rəssam bizi həyətdəki emalatxanasının önündə qarşıladı. Sənətkarla görüşüb, emalatxanasına daxil olduq. Emalatxanada tam olaraq sənət mühiti hökm sürürdü. İş otağındakı irili-xırdalı hər bir detal rəssamın zəngin sənət dünyasından və estetik zövqündən xəbər verirdi.

Gözünə, könlünə xoş gələn canlı-cansız əşyaları ağ kağız üzərində təsvir etmək istedadı Faiq müəllimdə hələ uşaq ikən məlum olub. Bir vaxtlar öz dövrünün ən tanınmış fırça ustalarından incəsənətin sirlərini öyrənən F.Abdullayev ali təhsilini başa vurduqdan sonra uzun illər Sankt-Peterburqda yaşayıb. Gənclik illərindən bu şəhərin sənət mühiti ilə yaxınlığı və peşəkar fırça ustaları ilə dostluğu rəssamın sənətinə təsirsiz ötüşməyib. İlk gündən böyük həvəslə sənətin sirlərini öyrənməyə səy göstərən rəssamın bu illər ərzində həm yaradıcılığı cilalanıb, həm də realist üslubda bir-birindən maraqlı sənət əsərləri yaranıb.

Yaradıcılığında baş vermiş bir qəribə hadisəni də bizə Faiq Abdullayevin özü danışır. Bildirir ki, 1992-ci ilin sentyabrında İngiltərənin “Dəmir ledi”si Marqaret Tetçer Bakıya qeyri-rəsmi səfər edib. Həmin vaxt Marqaret Tetçer Baş nazir deyildi. Buna baxmayaraq, bütün dünyada dövlət adamı və siyasi xadim kimi qəbul olunurdu. Qısa müddətli səfəri çərçivəsində Bakıda bir sıra rəsmi şəxslərlə, dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirən və mərasimlərdə iştirak edən M.Tetçer fürsət tapıb Azərbaycan sənətkarlarının əl işləri ilə maraqlanıb. Britaniyaya qayıdarkən Bakıdan aldığı, Faiq Abdullayevin müəllifi olduğu rəsm əsərini də özü ilə götürüb və həmin əsəri şəxsi kolleksiyasına daxil edib.

“Dəmir ledinin” xoşuna gələn əsərin yaranma tarixçəsi isə birinci hadisədən də maraqlıdır. Belə ki, rəsm əsərlərinin ticarəti ilə məşğul olan bir nəfər F.Abdulayevə zəng edib, Bakıda təşkil olunacaq satış-sərgi üçün yeni əsərlər çəkməsini sifariş verib. Yaradıcılıq sifarişini razılıqla alan rəssam bir neçə gün ərzində əsərləri tamamlayıb Bakıya yollayıb. Rəsm işlərini qəbul etməyi və ona deyilən ünvana çatdırmağı qardaşından xahiş edən F.Abdulayev, həm də dönə-dönə tapşırıb ki, əsərlərlə ehtiyatlı davransın. Xahişə əməl olunsa da, bağlamanı Bakıda evdə açarkən şəkillərdən birinin üzərində gördüyü qırışlar qardaşını məyus edir. Əslində rəsmdə heç bir dəyişiklik olmamışdı. Rəsm üzərindəki qırışlar isə rəssamın yeni əsərinə tətbiq etdiyi özünəməxsus fırça texnikası idi. Lakin bunun yolda ehtiyatsızlıq səbəbindən baş verdiyini zənn edən ailənin xanımı şəklin qırışını açmaq üçün rəsmi ütüləmək qərarına gəlir. Amma şəkli bərbad vəziyyətə salan xanım bu barədə heç kimə bir söz demədən rəsmi bağlamaya yerləşdirir. Beləliklə, ütülənmiş və korlanmış əsər rəsm tacirinə təhvil verilib və bir neçə gündən sonra satış sərgisinə çıxarılıb. F.Abdullayev bildirir ki, sərgidə bu rəsmi görən “Dəmir ledi” şəkli dərhal bəyənib və əsəri alaraq özünün şəxsi kolleksiyasına daxil edib.

Bu əhvalatı bizə danışan qocaman sənətkar sonra hər ikimizi əsərlərinin saxlandığı otağa dəvət etdi. Burada gözümüzə dəyən incəsənət külliyyatı, həm də onun nə qədər məhsuldar bir rəssam olduğunun əyani sübutu idi. Sanki gözlərimiz önündə ana vətənin tarixi və doğma yurdumuzun bənzərsiz mənzərələri canlanırdı. F.Abdullayevin fırçası ilə yaranan “Azıxdan ermənilərə cavab”, “Qobustan”, “Dədə Qorqud”, “Azərbaycan kapriççiosu”, “Şur simfoniyası”, “Nuru Paşa”, “20 Yanvar”, “Xeyir-dua” əsərlərinin hər biri Vətən tarixinin ayrı-ayrı dövrlərinə həsr olunan, dərin fəlsəfi məna ilə yüklənmiş qiymətli əsərlərdir. Rəssamın “Fəlakətdən doğan gözəllik”, “Cavad xanın Sisiyanova cavabı”, “Xan bağı”, Şah Abbas Məscidi” kimi əsərləri onun doğma yurduna - qədim və çoxəsrlik tarixi, zəngin mədəniyyəti ilə öyünən Gəncəyə və bu şəhərin yetirdiyi tarixi şəxsiyyətlərə həsr olunub.

Həmçinin qocaman sənətkarın dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti və “Xəmsə” motivləri əsasında işlədiyi əsərlər fəlsəfi məna və sənət baxımından yüksək qiymətə layiqdir. Onun dini və astral mövzularda çəkdiyi “Çərxi fələyin dövranı”, “Müqəddəs nəğmələr”, “Sübh azanı”, “Naməlum aləmdən gəlib, naməlum aləmə gedirəm”, “Məhəmməd Peyğəmbərin vəhyi”, eləcə də digər rəsm əsərləri tarixi, fəlsəfi-psixoloji mənalarla zəngindir. Rəssam yaradıcılığında ictimai-siyasi mövzulara və dövrün hadisələrinə də geniş yer ayırıb.

Bir sözlə, F.Abdulayev natürmort və mənzərə janrında müxtəlif rənglərin yeni çalarlarını kəşf edərək, onların ahəngindən gözəl lövhələr yaratmaqla yanaşı, həm də rəsm əsərlərində kompozisiya bitkinliyi, palitra zənginliyi, poetik əhval ruhiyyə, kolorit gözəlliyi, orijinal üslub, texnika fərqliliyi və digər sənətkarlıq bacarıqları ilə milli təsviri sənətimizi zənginləşdirib.

Rauf Hacıyev

AZƏRTAC-ın müxbiri

Əsəri Marqaret Tetçerin şəxsi kolleksiyasında saxlanan gəncəli sənətkar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO