Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib YENİLƏNİB VİDEO

Görüşdə Bakı Bəyannaməsi imzalanıb

Bakı, 6 sentyabr, AZƏRTAC

Sentyabrın 6-da Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun, Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin VI görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirlər siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin əvvəlki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommunikesi, Gəncə, Qars və Tbilisi bəyanatlarına sadiqliklərini vurğuladılar.

Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə olunan görüşdə nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqliklərini bir daha təsdiqlədilər.

Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstək bir daha bəyan edildi. Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd olunmuş prinsipləri əsasında siyasi həll tələb etdiyi vurğulandı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyü bir daha bəyan olundu.

Görüşdə nazirlər iqtisadi artım və davamlı inkişaf yolu ilə üçtərəfli əməkdaşlığın xüsusilə də üç ölkənin xalqlarının rifahını təmin edəcək sahələrdə genişləndirilməsinin yeni yollarının üzə çıxarılması üçün öz dövlətlərinin niyyətlərini vurğuladılar. İqtisadi və ticari əməkdaşlığın inkişaf etdirilməsi, bununla da sərmayə qoyuluşu və ticarətin təşviqi baxımından faktiki potensialı qarşılamaq məqsədilə səylərin gücləndirilməsi qərara alındı. Birgə layihə və proqramlar vasitəsilə enerji, nəqliyyat, telekommunikasiya, sənaye, ətraf mühit, təhsil, elm, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığın daha da gücləndirilməsi barədə qərar qəbul edildi.

Bu xüsusda, bu il fevralın 17-də üç dövlətin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun V görüşünün əhəmiyyəti qeyd olundu.

Nazirlər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində təşkilatın 25-ci ildönümü ilə bağlı bu il mayın 22-də İstanbulda qəbul edilmiş Zirvə Görüşü Bəyannaməsinin ruhuna uyğun olaraq əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Enerji sahəsində strateji tərəfdaşlıq qeyd edildi və Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP layihəsinə, həmçinin Xəzər hövzəsindən Avropaya karbohidrogen ehtiyatlarının nəqlinə yönəlmiş, Azərbaycan, Gürcüstan və Türkiyənin bu layihələrin uğurlu fəaliyyət göstərməsində roluna imkan yaradan enerji layihələrinə tam siyasi dəstək bir daha bəyan olundu. Nazirlər enerji sahəsində dialoqun davam etdirilməsinə hazır olduqlarını və enerji mənbələrinin şaxələndirilməsində, həmçinin region daxilində və kənarda enerji daşımaları yollarının təhlükəsizliyi də daxil olmaqla, təchizat təhlükəsizliyinin gücləndirilməsində enerji layihələrinin əhəmiyyətini qeyd etdilər.

Görüşdə tarixi İpək Yolunun dirçəldilməsi və qorunub saxlanılması məqsədilə üçtərəfli əməkdaşlığın əhəmiyyəti bildirildi və İpək Yolu boyunca nəqliyyat, enerji, ticarət, mədəniyyət və turizm və insanlararası təmaslar sahəsində əməkdaşlığın daha da genişləndirilməsi qeyd edildi.

Bu xüsusda 2017-ci il noyabrın 28-29-da Tbilisidə keçiriləcək “Tbilisi Kəməri və Yolu Forumu”nda yüksək səviyyəli iştirakın əhəmiyyəti diqqətə çatdırıldı. Strateji əhəmiyyətə malik irimiqyaslı nəqliyyat layihələrinin üç dövlətin iqtisadi inkişafı baxımından mənfəətli olacağına, Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağına əminlik ifadə edilərək, bu xüsusda, Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa zamanda fəaliyyətə başlamasının əhəmiyyəti vurğulandı. Ticarət və iqtisadi inkişaf üçün münbit şərait yaradılması, habelə beynəlxalq sərnişin və yük daşımalarının həcminin artırılmasının təmin edilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən Şərq-Qərb/Orta Nəqliyyat Dəhlizinin tam reallaşdırılmasına xüsusi diqqət bir daha təsdiq edildi. Bu kontekstdə, bütün beynəlxalq və regional maliyyə təsisatlarının müvafiq nəqliyyat dəhlizləri və yollarının maliyyələşdirilməsinə töhfə verməsinin təşviqi barədə razılıq əldə olunub. Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Çindən Avropaya yük daşımalarının asanlaşdırılması və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələndirməsini artırmağa yönəlmiş Trans-Xəzər beynəlxalq nəqliyyat yolunun böyük inkişaf potensialına malik olduğu vurğulandı.

Nazirlər regionda rəqəmsal bərabərsizliyin azaldılması/aradan qaldırılması məqsədilə üç dövlət arasında informasiya strukturlarının yaradılması və fəaliyyətə başlaması istiqamətində sıx və davamlı əməkdaşlığın əhəmiyyətini qeyd etdilər və bu xüsusda, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin, magistralın Trans-Xəzər yolunun inkişaf etdirilməsi də daxil olmaqla tezliklə reallaşdırılmasına töhfə verməyə dair sadiqliklərini bir daha bəyan etdilər.

Dəniz və su nəqliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar. Regionda ekoloji tarazlığın saxlanılması məqsədilə ətraf mühitin mühafizəsi, meşəçilik, torpaq resurslarının istifadəsi və su resurslarının idarəçiliyi sahəsində məlumat və təcrübə mübadiləsinin gücləndirilməsinin əhəmiyyəti bildirildi.

Terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürlərinin, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr və prekursorlar, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqlik bir daha bəyan edildi.

Azərbaycan və Gürcüstan bir daha Türkiyədə 2016-cı il 15 iyul tarixli uğursuz çevriliş cəhdi edənlərin fəaliyyətini qınadı və hər iki dövlət Türkiyə ilə sıx əməkdaşlığı qeyd etdi, Türkiyənin demokratik yolla seçilmiş prezident və hökumətinə qətiyyətli dəstəyi bir daha bəyan etdi.

Nazirlər etnik, irqi, dini və inanc zəminində olan dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarını qınayaraq, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, 2016-cı il aprelin 25-27-də Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini qeyd etdilər. 2017-2019-cu illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlığa dair Fəaliyyət Planının qəbul edilməsinin vacibliyini qeyd etdilər və müvafiq nazirliklər və agentlikləri Fəaliyyət Planının müddəalarının yerinə yetirilməsi istiqamətində səy göstərməyə təşviq etdilər.

Görüşdə xalqlar arasında insanlararası təmasların daha da genişləndirilməsinə xidmət edəcək mədəniyyət, təhsil, səhiyyə, gənclərin mübadiləsi, turizm və idman sahəsi də daxil olmaqla, humanitar sahədə əməkdaşlığın əhəmiyyəti vurğulandı, bu sahələrdə birgə layihə və tədbirlərin təşəbbüskarı olmağa hazırlıq ifadə edildi.

Nazirlər ümumi maraq kəsb edən regional və qlobal məsələlər ətrafında üçtərəfli dialoqun daha da intensivləşdirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin gücləndirilməsi istiqamətində qərarlı olduqlarını bir daha təsdiq etdilər.

Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olundu.

Üçtərəfli görüşdə nazirlər Bakı Bəyannaməsini imzaladılar.

Görüşdən sonra nazirlər jurnalistlər üçün brifinq keçirərək müzakirə olunan məsələlər barədə məlumat verdilər.

Elmar Məmmədyarov dedi ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 25 ili tamam olur. Regional və beynəlxalq məsələlərdə dövlətlərimizin mövqelərinin üst-üstə düşdüyünü deyən nazir qeyd etdi ki, TANAP layihəsi üzrə işlər Azərbaycanda və Türkiyədə başa çatmaq üzrədir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyədəki hissəsi isə yaxın vaxtlarda yekunlaşacaq.

Mövlud Çavuşoğlu bildirdi ki, ölkələrimiz bölgənin inkişafına təsir edən mühüm layihələr həyata keçirirlər. Bu layihələr təkcə Türkiyə, Azərbaycan və Gürcüstan üçün deyil, həm də Avropa üçün də önəmli layihələrdir.

Bakının gündən-günə gözəlləşdiyini deyən Mixeil Canelidze vurğuladı ki, üçtərəfli görüş nadir əməkdaşlıq mexanizminə çevrilib. Biz ölkələrimiz arasında nümunəvi münasibətlərə nail olmuşuq. Bu əməkdaşlıq xalqlarımız arasında ən yaxşı əlaqələrə zəmin yaradır.

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşü keçirilib YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib VİDEO

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO