REGİONLAR
Qubada voleybol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb VİDEO
Quba, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qubada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan voleybol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən turnirdə 48 komanda medallar uğrunda mübarizə aparıb.
Yarışlara dekabrın əvvəlindən start verilib. Birinciliyin oyunları maraqlı və sağlam mübarizə şəraitində keçib. Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin, İsaak Xanukov adına Qırmızı qəsəbə 1 nömrəli tam orta məktəbin, eləcə də Alekseyevka, Bağbanlı kənd məktəblərinin komandaları rəqiblərini üstələyərək yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Finalda Alekseyevka voleybolçuları Bağbanlı kollektivini məğlub edərək qalib adını qazanıb.
Qalib komandaya kubok, diplomlar və digər hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]