“Barselona” klubu braziliyalı yarımmüdafiəçi Filippe Koutinyonu transfer edib VİDEO
Bakı, 7 yanvar, AZƏRTAC
İspaniyanın “Barselona” futbol klubu “Luverpul”un braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyonu transfer edib.
AZƏRTAC xəbər verir ki, futbolçunun keçidi ümumilikdə 160 milyon avro məbləğində transfer müqaviləsi əsasında reallaşıb. “Barselona” 25 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, yarımmüdafiəçinin sərbəst qalması üçün 400 milyon avroluq məbləğ müəyyənləşdirilib.
Bu, “Barselona”nın tarixində ən bahalı, dünyada isə Neymar və Mbappedən sonra üçüncü ən yüksək ödənişli transfer müqaviləsidir.
2013-cü ildə 10 milyon avro müqabilində “Liverpul”a transfer edilən futbolçu bu klubun heyətində 201 matçda 54 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]