Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Utuq kəndindən FOTOREPORTAJ VİDEO
Quba, 25 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə Baş Qafqaz silsiləsinin ətəyində yerləşən Utuq kəndi Quba rayonunun gəzməli-görməli yerlərindəndir.
Rayon mərkəzindən 80 kilometr məsafədə, çətin coğrafi relyefdə yerləşən bu kənd Xaltan inzibati ərazi dairəsinə aiddir. Səksənə yaxın evin olduğu kəndin sakinləri heyvandarlıqla məşğuldurlar.
AZƏRTAC fotoqraf Rizvan Hacıyevin Utuq kəndində çəkdiyi fotoları təqdim edir.