REGİONLAR
Qüdrətdən səngərli, qalalı dağlar... Zaqataladan FOTOREPORTAJ VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Qanıx-Əyriçay vadisində yerləşən Zaqatala rayonu ilin hər fəslində gözəldir.
Turizm potensialının zənginliyi baxımından Azərbaycanın ən cəlbedici rayonlarından olan Zaqatala əlverişli iqlim şəraiti və əsrarəngiz təbiəti ilə seçilir. Uca dağlar, sıldırım qayalar, sıx meşələr onun hüsnünə xüsusi yaraşıq verir. Buna görə də həmişə yerli və xarici turistlərin diqqətini özünə cəlb edib. Payızın gəlişinə baxmayaraq, dağ-dərə yaşıl libasını hələ də soyunmayıb.
AZƏRTAC fotoqraf Orxan Hüseynzadənin Zaqatalanın bir neçə füsunkar məkanından - Ələsgər, Köhnə Suvagil, Sabunçu və Qas kəndlərindən erkən payızda çəkdiyi fotoları və videonu təqdim edir.