REGİONLAR
Xaçmazlı fermerlər əkin sahələrində lokal şəkildə əmələ gələn xəstəliklər barədə maarifləndirilir VİDEO
Xaçmaz, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Əkin sahələrində alaq otlarının və xəstəliklərin artması üçün münbit şərait yaranıb. Buna mart-aprel aylarında havanın yağıntılı keçməsi səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin əməkdaşlarının Xaçmazda fermerlər və məhsul istehsalçıları ilə keçirdiyi maarifləndirici görüşdə deyilib.
Bildirilib ki, təsərrüfatlardakı vəziyyətlə yerində tanış olmaq üçün nazirliyin müvafiq qurumunun nümayəndələri bölgələrə səfər edərək manitorinq aparırlar. Əsas məqsəd lokal şəkildə əmələ gələ biləcək xəstəlikləri müəyyən etmək və fermerləri mübarizə tədbirləri haqqında məlumatlandırmaqdır.
Fermerlərin diqqətinə çatdırılıb ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar əkin sahələrinə aqrotexniki qulluq daha səmərəli təşkil olunmalıdır. Xəstəliklərə qarşı mübarizə tədbirləri vaxtında və ardıcıl aparılmalıdır.
Tədbir çərçivəsində şimal bölgəsindən olan fermerlərə kimyəvi mübarizə tədbirləri əyani nümayiş etdirilib.