"Arsenal" klubunun azarkeşi: Bakını çox sevdim VİDEO
Bakı, 28 may, Vüqar Qurbanoğlu, AZƏRTAC
Artıq iki gündür Bakıdayam. Şəhərinizi çox sevdim. Bakı gözəl və romantik şəhərdir. Bakıda olduğum müddətdə məni və ailəmi narahat edən heç bir şey olmayıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn indoneziyalı turist Eymr Cek səsləndirib.
Uzun illərdir "Arsenal" klubuna azarkeşlik etdiyini deyən Eymr Cek Avropa Liqasının final görüşünü izləmək üçün Bakıya gəldiyini söyləyib.
“Azərbaycana ilk dəfədir səfər edirəm. Bakının memarlıq üslubu və Dənizkənarı Bulvar çox xoşuma gəldi. Ailəmlə birgə Qız qalasında, İçərişəhərdə olduq. Azərbaycan mətbəxini də çox sevdik”,- deyə Eymr Cek vurğulayıb.