“Arsenal” və “Çelsi” futbolçuları final matçından əvvəl sonuncu məşqləri başa vurublar VİDEO
Bakı, 28 may, Nicat Məmmədov, AZƏRTAC
Mayın 28-də Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” futbolçuları final matçından əvvəl sonuncu məşqlərini başa vurublar.
AZƏRTAC xəbər verir ki, hər iki komandanın futbolçuları bir sıra hərəkətlər üzrə tapşırıqları yerinə yetiriblər. Məşq prosesi yerli və əcnəbi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının final matçında “Arsenal” klubu “Çelsi” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq. “Arsenal” qalib gələcəyi təqdirdə UEFA Avropa Liqasının kubokuna ilk dəfə sahib olacaq. “Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]