İsrail səfiri Bakı Ali Neft Məktəbinin tələbəsi ilə tennis oynadı VİDEO
Bakı, 2 mart, AZƏRTAC
İsrailin Azərbaycandakı səfiri Corc Dik Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ilə stolüstü tennis oynayıb. Səfir ali məktəbin rektoru Elmar Qasımovla görüşü zamanı BANM-in əsas tədris kampusu ilə də tanış olub.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, kampus turu çərçivəsində bu ali məktəbin tədris otaqları, laboratoriyaları, yeməkxanası və idman zalları ilə tanış olan səfir tennis meydançasında məşğələ keçən tələbələrlə də görüşüb.
Tələbələrlə stolüstü tennis oynayan C.Dik sərrast ötürmələri ilə diqqət çəkib.