TÜRKSOY “Evdə qal!” mövzusunda klip hazırlayıb VİDEO
Ankara, 15 aprel, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ölümcül yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı aparılan ümumdünya mübarizəsinə dəstək vermək məqsədilə “Evdə qal!” mövzusunda klip hazırlayıb.
AZƏRTAC xəbər verir ki, klipin hazırlanmasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Xalq Çalğı alətləri Orkestri, Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Türkmənistan daxil olmaqla türk dünyasının TÜRKSOY-la əməkdaşlıq edən musiqiçiləri və çalğıçıları iştirak ediblər. Virtual qaydada hazırlanan efir əsəri İnternet proqramları üzərindən geniş tamaşaçı auditoriyası qazanıb.
Qeyd edək ki, məlum virus riski ilə əlaqədar olaraq TÜRKSOY ənənəvi Novruz mərasimlərini də daxil olmaqla bir sıra tədbirlərini təxirə salıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara