Ceyranbatan su anbarının yaxınlığında yanğın başlayıb VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri görülür.
Əlavə məlumat veriləcək.