Ukraynada yaşayan soydaşımız afrikalı müğənni ilə “Sarı gəlin” mahnısını duet oxuyub VİDEO
Kiyev, 11 sentyabr, AZƏRTAC
Ukraynada yaşayan azərbaycanlı müğənni Vaqif Nağıyev nigeriyalı Anyanya Udongvo ilə Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısını duet oxuyub.
AZƏRTAC xəbər verir ki, ortaq duetin təşəbbüskarı afrikalı müğənni olub. Mahnı seçimini isə V.Nağıyev edib. Məqsəd “Sarı gəlin” xalq mahnısını dünya xalqlarına Azərbaycan musiqisi kimi təbliğ etməkdir. Ukrayna xalqına Azərbaycan musiqi mədəniyyətinin gözəlliyini və zənginliyini göstərmək vəzifəsi qoymuşdular.
Mahnının videoklipində isə rəqqasə Oksana Rəsulovanın kompozisiyası da yer alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev