Müdafiə Nazirliyi: Düşmənin daha iki tankı məhv edilib VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə məxsus daha iki tankı dəqiq atəşlə məhv edilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı videoda düşmənə məxsus tankların məhv edilmə anları əks olunub.