SİYASƏT
Gənc zabitin dəqiq hesablamalarla verdiyi koordinatlar əsasında düşmən hədəfləri darmadağın edilib VİDEO


Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin zabiti leytenant Salmanov Fəqan Rzalı oğlu döyüş meydanında şəxsi bacarığı ilə seçilən hərbi qulluqçulardandır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun dəqiq hesablamaları ilə verdiyi çox sayda hədəflər məhv edilib.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Novruz Muxtər oğlu da torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə verilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlir.
N.Həsənov top komandiri olaraq dəqiq atəşlə düşmənin 3 ədəd KS-19 topunu məhv edib.