Müdafiə Nazirliyi Zəngilan rayonunun Vənədli kəndinin videogörüntülərini yayıb VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun Vənədli kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Vənədli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 23-də kəndi işğalçılardan azad edib.