Müdafiə Nazirliyi Zəngilan rayonunun Birinci Alıbəyli kəndinin videogörüntülərini yayıb VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun Birinci Alıbəyli kəndinin videogörüntülərini paylaşıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Birinci Alıbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 25-də kəndi işğalçılardan azad edib.