Müdafiə Nazirliyi Qubadlı rayonunun Həmzəli kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Həmzəli kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Həkəri çayının sahilində yerləşən Həmzəli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğalçılardan azad edib.