SİYASƏT
Müdafiə Nazirliyi Qubadlı rayonunun Çaytumas kəndinin videogörüntülərini paylaşıb VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Qubadlı rayonunun Çaytumas kəndinin videogörüntülərini yayıb.
AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Çaytumas kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu
oktyabrın 25-də kəndi işğalçılardan azad edib.