17 SUMQAYITLI TƏLƏBƏ PREZİDENT TƏQAÜDÇÜSÜDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt əhalisinin 67 faizi uşaqlar, yeniyetmələr və gənclərdir. Şəhər haqlı olaraq yaradıcı gəncləri və idmançıları ilə fəxr edir.
Bu il ali məktəblərə qəbul imtahanlarında 22 sumqayıtlı 650-dən, 97 nəfəri isə 600-dan çox bal toplamışdır. Hazırda 17 tələbə Prezident təqaüdü alır. Onların 8-i bu şərəfə qəbul imtahanlarının yekunlarına əsasən layiq görülmüşdür.