Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il İsmayıllıda ali məktəblərə qəbul imtahanlarında ən yüksək balı kənd məktəbliləri toplayıb VİDEO

İsmayıllı, 3 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Zəngin pedaqoji ənənələri olan İsmayıllı təhsili pandemiya şəraitinə baxmayaraq, bu tədris ilində də böyük nailiyyətlər əldə edib. Rayon məktəbliləri beynəlxalq, respublika və zona yarışlarında çoxsaylı uğurlara imza ataraq müxtəlif diplom, medal və sertifikatlara layiq görülüblər. Respublika fənn olimpiadalarında final mərhələyə çıxan 4 şagird qalib adını qazanıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində Təzəkənd tam orta məktəbinin şagirdi Respublika üzrə ikinci yeri tutub. Bundan başqa, “Sabahın alimləri”, “Bacarıqlı əllər”, “Dəmir yumruq” və neçə-neçə nüfuzlu müsabiqələrdə iştirak edən İsmayıllı məktəbliləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin tanınmış alim Lütfi Zadənin 100 illiyi münasibətilə keçirilən müsabiqənin, şəhidlərin əziz xatirəsinə həsr edilən zona yarışlarının birincisi olublar.

AZƏRTAC xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020/2021-ci tədris ilində İsmayıllı rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd verən məzunlardan 21-i 600-dən yuxarı bal toplayıb. Bütün bunlar rayon təhsilinin inkişafından xəbər verir.

Rayon üzrə ən yüksək nəticəni Mollaisaqlı kənd tam orta məktəbinin məzunu İlknur Mürsəlova göstərib. 4-cü qrup üzrə 671 bal toplayan İlknur gələcəyin peşəkar həkimlərindən olacağına əmindir: “Son 2 ildə pandemiya şəraiti nəticəsində məktəblərin bağlanması bizi bir çox çətinliklərlə üz-üzə qoydu. Bundan başqa, kənd yerində yaşadığımıza görə internet problemləri ilə də çox qarşılaşırdıq. Lakin müəllimlərimin, həmçinin valideynlərimin səyi nəticəsində bu nailiyyəti qazana bildim. 671 bal toplayaraq nəinki öz məktəbimin, həmçinin rayonumuzun adını yüksəklərə qaldırdım. Azərbaycan Tibb Universitetini seçmişəm. İstəyirəm ki, gələcəyin tanınmış, təcrübəli həkimlərindən biri olum”.

Qəbul imtahanlarında ən çox bal yığan məzunlardan biri də Diyallı kənd orta məktəbinin şagirdi Rövşən Yusifovdur. O, Bakı Ali Neft Məktəbində oxumaq istəyir. “Qarışma məqsəd qoymuşdum ki, yüksək nəticə əldə edəcəyəm. Baxmayaraq ki, ötən tədris ilində pandemiya ilə əlaqədar tədrisimiz onlayn keçirildi, yenə də həvəsdən düşmədim və istədiyim nəticəni əldə etdim. Rayon üzrə 2-ci yer tutaraq 668 bal topladım. İstəyirəm ki, təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirəm”, - deyə o əlavə edib.

600-dən yuxarı bal toplayan şagirdlər arasında şəhər 2 saylı orta məktəbin məzunu Ayxan Tağıyev də var. Deyir ki, bu göstərici ilə rayonda 3-cü yeri tutub: “Xaricdə təhsil almaq istəyirəm. Bakı Mühəndislik Universiteti və Cənubi Koreya universitetinin iki diplom proqramına müraciət etdim və qəbul prosesini uğurla başa vurdum. İnşallah ölkəmiz üçün faydalı və savadlı bir kadrı kimi yetişəcəyəm”.

Altı yüzdən çox bal toplayan rayon sakinlərinin 3-ü rayon mərkəzindən xeyli aralıda olan Qalacıq məktəbliləridir. Müsahibim Xumar Salehova deyir ki, oxumaq istəyən şagird üçün şəraitin önəmi yoxdur. “Pandemiya səbəbindən son 2 ildə dərslərə onlayn qoşulmalı olduq. Kəndlərdə də internet problemi var, amma buna baxmayaraq, valideynlərimiz, müəllimlərimiz və özümüz əziyyət çəkdik, bu əziyyətin nəticəsində yüksək bal topladıq. Hesab edirəm ki, bu çətinliklər oxumaq istəyən uşaqlara əngəl olmamalıdır. Biz nümunə kimi özümüzü göstərə bilərik. Kənddə yaşamağımıza baxmayaraq, şəhərdən olan uşaqlarla eyni nəticəni göstərmişik, hətta bəzilərindən daha yüksək nəticəmiz var”, - deyə Xumar Salehova vurğulayıb.

İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri, Əməkdar müəllim Rövşən Əliyev deyir ki, əgər bu günə kimi şagirdlər arasında yüksək nəticə şəhər məktəblərində əldə olunurdusa, artıq bu uğur ucqar kəndlərdə də özünü göstərir: “Kənd məktəblərinin təhsil səviyyəsi şəhər məktəblərindən heç də fərqlənmir. Biz onların eyni səviyyədə olmasına çalışırıq və artıq buna nail olmuşuq. Pandemiyaya baxmayaraq, təhsilimizi istər onlayn qaydada, istər hibrid formasında, istərsə də əyani şəkildə yüksək şəkildə yerinə yetirmişik. Bunun sayəsində respublika üzrə bütün müsabiqələrdə yüksək nəticələr göstərmişik. Qeyd edim ki, ümumi orta təhsil səviyyəsi üzrə 28 şagirdimiz, tam orta təhsil səviyyəsi üzrə isə 31 şagirdimiz fərqlənmə attestatı alıb. Eyni zamanda, 1 şagirdimiz gümüş medala layiq görülüb”.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində rayonda 76 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 21 ümumi orta, 9 ibtidai məktəb, 10 məktəbəqədər və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. 12354 şagirdin təlim-tərbiyəsi ilə 1500-dən artıq müəllim məşğul olub. 1-ci sinfi 1081 şagird, 11-ci sinfi 700 məzun bitirib. Ümumtəhsil məktəblərini bitirən 698 məzuna attestat verilib.

 

Bu il İsmayıllıda ali məktəblərə qəbul imtahanlarında ən yüksək balı kənd məktəbliləri toplayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir