Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestri Ankarada konsert proqramı ilə çıxış edib VİDEO
Ankara, 7 noyabr, AZƏRTAC
Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibədəki şanlı Zəfərinin birinci ildönümü ilə bağlı təşkil olunan silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Ankarada Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestrinin konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Ankaradakı Heydər Əliyev Parkında keçirilən tədbir ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Orkestr Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri ilə yanaşı, Qərb musiqisindən də parçalar ifa edib.
Konsert proqramı yerli sakinlər tərəfindən böyük maraqla qarşılanıb.
İştirakçılar tədbir çərçivəsində təşkil edilən Vətən müharibəsinə dair fotoşəkillərdən ibarət sərgi ilə də tanış olublar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara