REGİONLAR
Ermənilər daşlardakı izləri silməyə çalışsalar da, tarixi silə bilməzlər – Ağoğlan monastırı FOTO VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
V-VI əsrlərə aid alban monastırı olan Ağoğlan məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınıb.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin nəticəsi olaraq əzəli və əbədi yurd yerlərimiz kimi tarixi mədəni irsimiz də düşmən işğalından azad edilib. Düşmən 30 ilə yaxın işğal altında saxladığı Qarabağın əsrarəngiz təbiətinə qarşı ekosid, zəngin tarixi, maddi-mədəni və dini abidələrimizə qarşı isə urbisid həyata keçirib, bəzi yerlərdə isə alban-xristian dini irsinə aid abidələrin erməniləşdirilməsinə cəhd göstərib. Ağoğlan məbədi də onlardan biridir. Ermənilər bu monastrı özünküləşdirməyə çalışsalar da, erməni kiləsisə ilə Alban kiləsəsinin heç bir yaxınlığı yoxdur.
AZƏRTAC-ın çəkiliş qrupunun Ağoğlan monastırından çəkdiyi fotoları təqdim edirik.