19 MAY ATATÜRKÜ ANMA, GƏNCLİK VƏ İDMAN BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, toplantı iştirakçıları dövlətimizin türk dünyası ilə bağlı ideologiyasını əks etdirən mərkəzin İnternet saytı və Atatürkün, ümummilli liderimiz Heydər Əliyevin ideyalarını təbliğ edən şöbələrinin işi ilə tanış olmuşlar.
Mərkəzin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov tədbiri açaraq Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün tarixi xidmətlərindən və onun irsinin araşdırılması, öyrənilməsi ilə bağlı aparılan işlərdən danışmışdır.
Türkiyə Respublikasının ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz çıxış edərək, ulu öndərlərimiz Atatürkün və Heydər Əliyev ideyalarının əhəmiyyətindən, xalqlarımızın mehriban qardaşlıq münasibətlərindən söhbət açmışdır.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər natiqlər türk dünyasının dahi öndərləri Atatürk və Heydər Əliyev irsinin daha dərindən öyrənilməsinin zəruriliyini vurğulamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]