2019-cu il Formula 1mövsümünün 8 mərhələsinin tarixləri məlum olub
Bakı, 12 iyul, AZƏRTAC
2019-cu il Formula1 mövsümünün 8 mərhələsinin tarixləri məlum olub.
AZƏRTAC “Auto Motor und Sport”a istinadla xəbər verir ki, mövsümün ilk yeddi yürüşünün və çempionatın sonuncu mərhələsinin tarixləri açıqlanıb.
Mənbənin verdiyi məlumata görə, təqvimin qalan hissəsi Mayami Qran- Prisinin baş tutub-tutmayacağından asılı olacaq, çünki Mayami ilə “Liberty Media” şirkəti arasında kontrakt bağlanması məsələsində bəzi çətinliklər yaranıb.
Çempionatın startı martın 17-nə təyin edilib, sonuncu mərhələ isə dekabrın 1-də Əbu-Dabidə keçiriləcək.
2019-cu il mövsümü üçün Formula1 mərhələlərinin təqvimi:
17 mart - Avstraliya Qran -Prisi
31 mart - Bəhreyn Qran- Prisi
14 aprel - Çin Qran -Prisi
28 aprel - Azərbaycan Qran- Prisi
12 may - İspaniya Qran- Prisi
26 may - Monako Qran -Prisi
9 iyun - Kanada Qran- Prisi
1 dekabr - Əbu-Dabi Qran- Prisi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]