2022-ci ildə Ümumdünya Şahmat Olimpiadası Belarusda keçiriləcək
Bakı, 29 yanvar, AZƏRTAC
Minsk 2022-ci ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək.
AZƏRTAC “BELTA”ya istinadla xəbər verir ki, yanvarın 29-da Belarus ilə Beynəlxalq Şahmat Federasiyası arasında müvafiq müqavilə imzalanıb.
Həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko və FIDE prezidenti Arkadi Dvorkoviç arasında görüş keçirilib. Tərəflər ölkədə şahmatın inkişafı, həmçinin yarışların hazırlanıb keçirilməsinin müxtəlif aspektlərini müzakirə ediblər. Arkadi Dvorkoviç, həmçinin Belarusun 2020-ci ildə qadınlar, 2021-ci ildə kişilər arasında dünya kuboku yarışlarına ev sahibliyi edəcəyini xatırladıb. Ümumdünya Şahmat Olimpiadası ilə yanaşı, Minskdə FIDE-nin Baş Assambleyasının və Konqresinin təşkili də planlaşdırılır.
Qeyd edək ki, yarışlar 2022-ci ilin avqust ayında Minskdə keçiriləcək və iki həftə davam edəcək. Bu nüfuzlu turnirə 180 ölkədən təxminən 3 min oyunçunun qatılacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]