Rektor Hasan Kaya: Elmi əməkdaşlıq sahəsində otuz universitetlə müqaviləmiz var VİDEO
Hatay, 23 fevral, AZƏRTAC
Hatay Mustafa Kamal Universiteti təsis olunandan bəri zəngin inkişaf yolu keçib. Şəhərin coğrafi mövqeyi elm və təhsil sahəsində imkanlarımızı daha da genişləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Hatay Mustafa Kamal Universitetinin rektoru professor Hasan Kaya söyləyib.
Rəhbərlik etdiyi təhsil müəssisəsinin elmi araşdırma sahəsində çoxistiqamətli fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor elmi əlaqələrin geniş olduğunu vurğulayaraq deyib: “Elmi əməkdaşlıq sahəsində təxminən otuz universitetlə müqaviləmiz var”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Hatay