Azərbaycan nümayəndə heyəti “Pekin-2022” Qış Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edib VİDEO
Bakı, 4 mart, AZƏRTAC
“Pekin-2022” Qış Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paradda Azərbaycan nümayəndə heyətinin missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə baş məşqçi Məhəmməd İsmayılov iştirak ediblər.
“Pekin-2022” Qış Paralimpiya Oyunlarında ölkəmizi Mehman Ramazanzadə təmsil edəcək. O, martın 9-u kross-kantri yarışının sprint kateqoriyasında mübarizə aparacaq.