On bir yaşlı gimnastımız beynəlxalq turnirdə qızıl medal qazanıb VİDEO
Budapeşt, 8 mart, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeşt şəhərində bədii gimnastika üzrə ənənəvi “XXIV Bahar kuboku” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Macarıstanın “Rus RG sport “ klubunun təşkil etdiyi turnirdə Azərbaycanı Beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcova və Beynəlxalq dərəcəli hakim Leyla Hüseynlinin rəhbərlik etdiyi “Gym kids” klubu təmsil edib. Əvvəllər də oxuculara öz uğurları ilə tanış olan gimnastımız Mina Abbasova da yarışın iştirakçıları sırasında olub. O, yarışda gimnastlar arasında gürzlə hərəkətlərdə yarışın qızıl medalına layiq görülüb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt