İDMAN
Sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyində növbəti medalını qazanıb VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan milli komandası Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında növbəti medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 86 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Abubakr Abakarov (86 kq) səkkizdəbir finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. A.Abakarov dörddəbir finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Güləşçimiz yarımfinalda polşalı Sebastyan Yejierjanskini 4:2 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına yüksəlib. Təmsilçimiz həlledici görüşdə San-Marino idmançısı Miles Nazim Aminə 5:9 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) gümüş və Turan Bayramov (74 kq) isə bürünc medal qazanıblar.