Əlahiddə Ümumqoşun Orduda istismarda olan avtomobil texnikalarına baxış-müsabiqəsi keçirilib VİDEO




Naxçıvan, 8 aprel, AZƏRTAC
Baxış-müsabiqədə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri arasında təşkil olunan baxış-müsabiqəsində hərbi avtomobil texnikalarının saz vəziyyətdə saxlanmasına, təlimata uyğun istifadə və istismarına xüsusi diqqət yetirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqə zamanı istismarda olan hər növdə avtomobil texnikalarına gündəlik texniki xidmətin göstərilməsi ardıcıllığı yoxlanılıb.
Müsabiqəyə müxtəlif markalı və təyinatlı minik avtomobilləri, mikroavtobus və avtobuslarla yanaşı səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğuları, səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri və səhra mətbəxləri də cəlb edilib.
Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxış-müsabiqəsinin sonunda keçici nişanla mükafatlandırılıb.