20 Yanvar Azərbaycan tarixinin şərəfli səhifəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycan xalqı üçün faciəli, eyni zamanda, şərəf və qəhrəmanlıq tarixidir. Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq. Çünki şəhidlər azadlıq mübarizəmizin zirvəsinə yüksəliblər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şəhidlər xiyabanını ziyarətə gələn şair Ağamalı Ağamalıyev deyib.
Həmin hadisələri ürək ağrısı ilə xatırlayan A.Ağamalıyev bildirib ki, faciə qurbanları şəhidlik zirvəsini fəth ediblər. Onlar azadlıq və müstəqillik uğrunda şəhid olub, adlarını tariximizin ölməzlik səhifəsinə yazdırıblar.
Şəhidlərimizə şeir həsr etdiyini bildirən şair həmin şeirdən bir bənd söyləyib:
Sizlərə baş əyir Vətən, vətəndaş,
Sizlərlə fəxr edir, bu torpaq, bu daş,
Deyir Ədiloğlu, gözlərində yaş,
Vətənin uğrunda canından keçən,
Sizin qarşınızda baş əyir Vətən.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]