“20 Yanvar” dairəsində avtomobildən yükün yola dağılması nəqliyyat sıxlığına səbəb olub
Bakı, 27 noyabr, AZƏRTAC
Yasamal rayonu, "20 Yanvar" dairəsində yük avtomobillərindən birində olan yükün yolun hərəkət hissəsinə dağılması səbəbindən Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası və Moskva prospekti istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.