20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətdir. Bu, xüsusi təyinatlı silahlı dəstələrin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdikləri misli görünməmiş vəhşilik idi. Mən bu hadisələrin canlı şahidi olmuşam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Azəryolservis” ASC-nin əməkdaşı Hüseynağa Rəhimov söyləyib.
O deyib ki, torpaqlarımızın ermənilər tərəfindən təcavüzünə etiraz edən dinc insanlara qarşı o zamanlar Sovet İttifaqına başçılıq edən Mixail Qorbaçovun göstərişi ilə Bakıya ordu yeridilib. 147 günahsız insan amansızcasına qətlə yetirilib, 800 nəfər yaralanıb. Bu hadisələr xalqımıza qarşı məkrli siyasətin nəticəsi idi. Həmin gecə meydanlara toplaşan xalq sovet hökumətinin əsl simasını gördü. Xalqımız Qanlı Yanvar hadisələrini heç vaxt unutmayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]