20 Yanvar qan yaddaşımızda silinməyən iz qoyub
Bakı, 22 yanvar, AZƏRTAC
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Müasir Təhsil Kompleksindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin dəhşətlərindən danışıblar. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakıda və digər şəhər və rayonlarımızda qanlı qırğınlar törədib, günahsız insanları qətlə yetirib. Qara Yanvarın qan yaddaşımızda silinməyən iz qoyduğunu vurğulayan natiqlər bu faciənin heç vaxt unudulmayacağını söyləyiblər.
Sonra vətənpərvərlik mövzusunda film nümayiş etdirilib.